Baş Hadisə Region

Rəis müavini iş başında vəfat etdi

Yardımlı Rayon Polis Şöbəsinin rəis müavini Şöhrət Kərimov vəzifə başında dünyasını dəyişib.

365.com.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rəis müavini ürəktutmadan həyatını itirib.

Xatırladaq ki, Ş.Kərimov bu vəzifəyə ötən ilin noyabr ayında təyinat almışdı.

O, bundan əvvəl Ağcabədi Rayon Polis Şöbəsində əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.