Maraqlı

Qazaxıstanda “qara” qar yağdı

Qazaxıstanın paytaxtı Astanada güclü qar fırtanısına görə fövqaladə vəziyyət elan olunduqdan sonra baş verən hadis hər kəsi heyrətə salıb.
Qazaxıstanın şəhərlərindən biri olan Temirtauda yağan qara qar görənləri heyrətə salıb.

Instagramda paylaşılan videolada Temirtau sakinləri dövlətdən,  baş vermiş hadisəni araşdırmasını istədikləri paylaşımlar edirlər. Bir istifadəçi “Bu cür yaşaya bilmərik, burda boğuluruq” yazıb. Rəsmi və müstəqil insanlardan ibarət xüsusi araşdırma qrupu, qara qarın yağma səbəbini tapmağa çalışır.

 

Ölkənin ən böyük dəmir istehsalı və dəmir sənayesinin yerləşdiyi Temirauda, demir zavodlarının səbəb olduğu hava çirklənməsinin qara qarın yağmasına səbəb olduğu düşünülür

Arcelor Mittal adlı global firma isə hava çirklənməsindəki əhəmiyyətli yer tutmalarını qəbul etmir. Dekabr ayında külək əsməyən şəhərdə, 11 dəfə hidrogen sulfid nisbətinin təyin edilmiş limitləri keçmməsi aşkarlanıb.

Temirtaunun yerləşdiyi Karaqanda, ölkədəki havası ən kirli və səmaya ən çox tullantı buraxılan bölgədir. Rəsmi məlumatlara görə, 2016-cı ildə səmaya 600 min ton zərərli tullantı buraxılıb.

Bir cevap yazın