Mədəniyyət Region

Qazaxda peşəkar idmançıların sayı artmaqdadır

Son vaxtlar ölkəmizdə idmana maraq göstərənlərin sayı artıb.Demək olar ki,ölkə ərazisində idmanın hər bir növünə maraq göstərilir.

Elə yaxın keçmişə nəzər saldıqda bunu aydın şəkildə görə bilərik. Məsələn 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 1997-ci ildə 2 fevralın Azərbaycan Gəncləri günü elan edilməsi, çoxsaylı Dövlət proqramlarının qəbulu, 1999-cu ildə Dövlət Gənclər Siyasəti haqqında Fərmanın imzalanması və geniş fəaliyyət proqramının təsdiq edilməsi, 2002-ci ildə “Gənclər siyasəti haqqında” Qanunun qəbulu ulu öndər Heydər Əliyevin gənclərə böyük qayğısının sübutudur.

365.COM.AZ İnteraz-a əsasən bildirir ki, gəncləri cəmiyyətin aparıcı qüvvəsinə çevirmək, onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə Dövlət proqramları uğurla həyata keçirilir. Bölgələrdə də Olimpiya komplekslərinin açılması, Azərbaycanın nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiadalarda, dünya çempionatlarında uğurla çıxış etməsi buna əyani sübutdur. Qazax rayonunda da Olimpiya İdiman Komleksinin açılması idmançıların bu sahəyə olan marağını daha da artırıb. Qazax Olimpiya İdman Kompleksinin əməkdaşı Azər Əliyev deyir ki, Komleksdə gənclərin asüdə vaxtlarının səmərəli təşkili və peşəkar idimançıların yetişməsi üçün hər cür şərait yaradılıb.