Baş Dünya

Prezident İlham Əliyev Küveyt rəhbərliyinə təbrik məktubu göndərib

Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətinin əmiri Əlahəzrət Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu göndərib.

365.com.az-ın İnteraz-a əsasən verdiyi məlumata görə, məktubda deyilir:

“Əlahəzrət,

Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Küveyt arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Küveyt xalqına daim sülh və firavanlıq diləyirəm”.

Dövlət başısı Küveyt Dövlətinin Vəliəhdi Əlahəzrət Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahaı da təbrik edib. Təbrikdə deyilir:

“Əlahəzrət,

Küveyt Dövlətinin milli bayramı münasibətilə təbriklərimi yetirir, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Küveyt xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.