Dünya

Poroşenkonun evini mühafizə edən polis postda intihar edib

Xüsusi təyinatlı Ukrayna Milli Polisinin əməkdaşı, prezident Petr Poroşenkonun evini mühafizə edən baş çavuş Sergey Qalasyuk özünü öldürüb.

365.com.az-ın APA-a istinadən verdiyi məlumata görə, bu barədə “Strana.ua” saytı mənbəyə istinadən məlumat yayıb.

Hadisə fevralın 23-də baş verib. S. Qalasyuk P. Poroşenkonun evi yaxınlığında mühafizə xidməti aparan zaman intihar edib.

Ukrayna KİV-ləri yazıb ki, S. Qalasyuk əvvəl də özünü öldürməyə cəhd edib, buna baxmayaraq, xidməti vəzifəsini yerinə yetirməyə davam edib.

Ukrayna hüquq-mühafizə orqanları S. Qalasyukun ölümü xəbərini təsdiqləyib. Faktla bağlı cinayət işi açılıb.

Bir cevap yazın