Ölkə Region

Biləsuvar rayonunun Ovçubərə kəndində Xocalı anıldı

Biləsuvar rayonunun şəhid İlham İsmayılovun adını daşıyan Ovçubərə kənd tam orta məktəbində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı tədbir keçirilib.

365.com.az xəbər verir ki, tədbirdə məktəbin direktoru Əhəd Şərbətov, müəllim və şagirdlər iştirak ediblər. Tədbirin əsas məqsədi şagirdlərdə vətənə məhəbbət, düşmənə nifrət hissi aşılamaq olub. Tədbirdə çıxış edənlər bugünün əhəmiyyətindən, Azərbaycan xalqının başına gətirilən müsibətlərdən söhbət açıblar. Daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirin sonunda məktəblilər hazırladığları şeirlərini təqdim ediblər.

 

Xocalı faciəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə törədilib. Rəsmi məlumatlara görə, Xocalı faciəsi nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarıolmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil.

Bir cevap yazın