Baş Region

“Ölkəmizi tanıyaq” tur-aksiyası başa çatıb

İmişli rayonunun ümumtəhsil məktəblərindən seçilmiş 40 şagird martın 26-29 tarixlərində  “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində ölkənin şimal-qərb bölgəsində səfərdə olub.

Maarifləndirici tur-aksiyanın əsas məqsədi şagirdləri Azərbaycanın müxtəlif bölgələrinin tarixi, mədəni irsi, yeniləşən siması, eləcə də, özünəməxsus xüsusiyyətləri ilə tanış etməkdir. Bundan başqa, hər il təşkil olunan səfər gənclərin istirahət etməklə yanaşı, həm də respublikanın ayrı-ayrı bölgələri haqqında onlarda olan məlumatların dolğun, əyani şəkildə formalaşdırılması məqsədini də daşıyır.

Bu barədə məlumatı 365.com.az-a İmişli Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Vilayət Əliyev verib. Onun sözlərinə görə, “Ramada Plaza” otelində məskunlaşan şagirdlər əvvəlcə Gəncə şəhərinin tarixi və görməli yerlərində olublar. Bundan sonra tur-aksiyanın iştirakçıları Göygöl rayonuna səfər ediblər. Onlar bu rayonun tarixi və mədəni irsi və quruculuq işləri ilə də yaxından tanış olublar. Daha sonra isə iştirakçılar Azərbaycan təbiətinin əsrarəngiz, füsunkar gözəlliyinin tacı olan Göygölə gediblər.

Bundan başqa, rayonu təmsil edən iştirakçılardan ibarət komanda tur-aksiyada iştirak edən rayonların komandaları ilə birlikdə bilik yarışında iştirak ediblər.

[Best_Wordpress_Gallery id=”100″ gal_title=”“Ölkəmizi tanıyaq” tur-aksiyası başa çatıb”]

Bir cevap yazın