Baş Ölkə

Növbədənkənar parlament seçkilərinin tarixi açıqlandı

Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-a təyin edilib.

Məlumat “President.az”da dərc olunub. 

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışı buraxılıb, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.