Baş Dünya Mədəniyyət

Norm Enderdən “Mekanın Sahibi” mahnısı “oğurluqdur” iddiasına cavab gəldi

Ender Eroğlu və ya daha çox Norm Ender adı ilə  tanınan məhşur türk repçi bu dəfə son mahnısı olan və “Məkanın Sahibi” adı ilə rep dünyasında möhtəşəm  bir əks-səda yaradan mahnısı ilə pərəstişkarlarını  məyus etdi.

Belə ki, rep yayılandan az sonra  bu repin oğurluq olduğu iddiaları ortaya çıxdı.

Lakin Norum Ender bu iddiaları rədd edərək digər repçilər Ezhel, Ben Feronu özlərini Amerikanlı repçilərə bənzətməkdə günahlandırdı.

365.COM.AZ xəbər verir ki, bu məsələ ilə bağlı “Oya Çinar”a danışan Norum Ender bildirmişdir ki, bu repçilərin hər birinin bir rep keçmişi var. Amma onlar o qədər Amerkan sayağı oxuyurlar ki, bu gün yaratdıqları musiqinin replə, rep mədəniyyəti ilə bir əlaqəsi olmadığını bilmirlər.

Bütün bunlara baxmayaraq günlərdir iddialı sözləri və mahnısı ilə gündəmdən düşməyən Norm Enderin “Mekanın Sahibi” mahnısı 10 yanvar 2019-da Young Slatt & B Stakk Feat Peewee Longway tərəfindən çıxarılan  “Work My Move” adlı mahnısının musiqisi ilə “eynidir” deyiləcək qədər oxşar olduğu ortaya çıxdı.

 Qeyd edək ki, Norm EnderMekanın Sahibi” adı verdiyi rep mahnısını ilk dəfə 19 iyulda yayımlamışdır.