İdman Region

Naxçıvanda şahmatçıların təsnifat turniri yekunlaşıb

Naxçıvan Şahmat Mərkəzinin şahmatçıları arasında keçirilən təsnifat turniri başa çatıb.

365.com.az Azərtac-a istinadən xəbər verir ki, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin təşkilatçılığı ilə keçirilən turnir üç gün davam edib. Turnirdə 100-dən çox şahmatçı 9 qrup üzrə mübarizə aparıb.

İsveçrə sistemi ilə keçirilən turnirin yekununa əsasən, dərəcəsi olmayanların qrupunda 11 xalla qalib adını Fərid Qurbanov qazanıb. IV dərəcəlilərin qrupunda 10 xalla Yusif Abutalıblı, III dərəcəlilərin qrupunda 8,5 xalla Uğur Mirzəyev, II dərəcəlilərin qrupunda isə 10 xalla Əhməd Sabir qalib adını qazanıblar.

Sonda qaliblər təşkilatçıların diplomları ilə mükafatlandırılıblar.