İdman Region

Naxçıvanda futbol hakimləri üçün seminara start verilib

Naxçıvan Futbol Federasiyası Hakimlər Komitəsində yer alan hakim və hakim köməkçiləri üçün seminarlara start verilib.

365.com.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Futbol Federasiyasının birgə təşkil etdiyi seminar iki gün davam edəcək.

AFFA Hakimlər Komitəsinin üzvləri Anar Salmanov və Ceyhun Haşımovun rəhbərlik etdiyi seminarda 10 hakim iştirak edir.

Seminarda nəzəri və təcrübi biliklərin çatdırılması üçün müxtəlif üslublardan yararlanan hakimlərə “Oyun qaydaları”ndakı son dəyişikliklərlə bağlı məlumat verilib, onlar müxtəlif ölkələrin çempionat oyunlarından hazırlanmış videoları izləyib, müzakirələr aparıblar. Eyni zamanda, oyunlarda rast gəlinmiş maraqlı situasiyalar və hakim qərarları Naxçıvan Muxtar Respublika Stadionunun inzibati binasında müzakirə olunub.