Mədəniyyət Region

“Naxçıvan – Tarixi Abidələr Diyarı” mövzusunda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında sağlamlıq imkanları məhdud uşaqlar arasında keçirilən “Naxçıvan – Tarixi Abidələr Diyarı” mövzusunda rəsm müsabiqəsinə yekun vurulub.

365.com.az Azərtaca istinadən xəbər verir ki, sosial könüllülərin də iştirak etdiyi müsabiqədə sağlamlıq imkanları məhdud 12 uşaq iştirak edib. Müsabiqədə iştirakçılardan Qeybalı Məmmədov birinci, Fəridə Babayeva ikinci, Hüseyn Abdullayev isə üçüncü olub.

Sonda qaliblərə diplomlar, digər iştirakçılara isə həvəsləndirici mükafatlar təqdim edilib.