Region

“Nə? Harada? Nə zaman?” oyununun Novruz turu İmişlidə

Martın 18-də İmişlidə “Nə? Harada? Nə zaman?” intellektual oyununun Novruz turu keçirilib. Oyun Ziyalı Gənclər Maarifçi Klubunun dəstəyi ilə təşkil olunub.

365.com.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən tədbirdə intellektual bacarığı ilə fərqlənən rayon gənclərindən ibarət 8 komanda: “Expert”, “Golden Brains”, “Hell fire”, “We are here”, “Big target”, “Tesla”,”GR-6” və “Qladiatorlar” iştirak edib. Yarışın keçirilməsində əsas məqsəd gənclərin bilik və bacarıqlarının üzə çıxarılması və onlara asudə vaxtlarından daha səmərəli şəkildə istifadədə dəstək vermək olub.

Komandalara məntiq və fərqli tipli suallar daxil olmaqla 24 sual verilib. İki mərhələdən ibarət olan intellektual oyunda “Golden Brains” komandası 10 suala düzgün cavab verməklə yarışın qalibi olub.“Hell fire” və “We are here” komandalarının hər biri 4 sualı düzgün cavablandırıblar.

Düzgün cavablandırılan sualların ağırlıq dərəcəsini nəzərə alaraq “Hell fire”nin üzvləri 2-ci yeri qazanıblar. “We are here” komandası 3-cü yerin sahibi olub.

Qalib komandanın üzvləri diplom və hədiyyələrlə, 2-ci və 3-cü yerin sahibləri isə diplomlarla mükafatlandırılıb.

[Best_Wordpress_Gallery id=”74″ gal_title=”Nə? Harada? Nə zaman?”]

Bir cevap yazın