Region

Müəllimlər və şagirdlər hərbi hissədə əsgərlərlə görüşüb

İmişli rayon Ölcələr kənd tam orta məktəbin müəllimləri və şagirdləri Novruz bayramı ilə əlaqədar “N” saylı hərbi hissədə əsgərlərlə görüşüblər.

365.com.az xəbər veriri ki, müəllimlər və şagirdlər əsgərləri Novruz bayramı münasibətilə təbrik edərək onlara bayram sovqatı veriblər.

Məktəbin direktoru Ramin Möhbalıyev, əməkdar müəllim Xuraman Əhmədova və müəllim Murad Seyidov əsgərlər qarşısında çıxış edib. Onlar vətənə xidmət etməyin şərəfli bir müqəddəs vəzifə olduğundan danışıblar. Müəllimlər Azərbaycan əsgərinin vətən torpağı uğrunda şirin canından hər an keçməyə hazır olduğuna inamlarını da vurğulayıblar. Onlar əsgərlərə dözüm, iradə və vətənpərvərlik hissinin hər zaman yüksək səviyyədə olmasını arzulayıblar.

Hərbi hissənin komandiri belə bir gündə onları unutmadıqlarına görə qonaqlara təşəkkürünü bildirib. O, Azərbaycan əsgərinin hər zaman doğma torpaqları işğaldan azad etməyə hazır olduğunu vurğulayıb. Komandir hərbi hissəyə hədiyyə gətirilmiş Novruz sovqatına görə müəllimlərə və şagirdlərə minnətdarlıq edib. O, bundan sonra da vətəni son nəfəslərinə qədər qoruyacaqlarını, işğal altındakı torpaqlarımızı azad edəcəklərini bildirib.

[Best_Wordpress_Gallery id=”81″ gal_title=”Müəllimlər və şagirdlər hərbi hissədə əsgərlərlə görüşüb”]

Bir cevap yazın