Baş Ölkə

MSK sədri: “İndiyədək 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb”

“Azərbaycanda prezidentliyə namizədliklərin irəli sürülməsi prosesi davam edir”.

365.com.az-ın “APA”-a istinadən verdiyi məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

MSK sədri bildirib ki, indiyədək 13 nəfər namizədliyini irəli sürüb və onlardan 7-sinin namizədliyi siyasi partiyalardan, birinin namizədliyi təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Daha 4 nəfər namizədliyi fərdi qaydada irəli sürüb.

M. Pənahov qeyd edib ki, 12 nəfərin namizədliyinin irəli sürülməsi MSK tərəfindən təsdiq olunub, bir nəfərin namizədliyinin təsdiq olunması məsələsinə isə MSK-nın növbəti iclasında baxılacaq.

Bir cevap yazın