Baş Dünya

Moskva aeroportlarında 130-dan çox aviareys təxirə salınıb, ləğv edilib

Moskva aeroportlarında 109 aviareys təxirə salınıb, 28 aviareys ləğv edilib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 13.39 olan məlumata əsasən “Vnukovo” aeroportunda 5 aviareys təxirə salınıb, 4 aviareys ləğv edilib, “Domodedovo” aeroportunda 48 aviareys təxirə salınıb, 24 aviareys ləğv edilib, “Şeremetevo” aeroportunda 56 aviareys təxirə salınıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya Fövqəladə Hallar Nazirliyi Moskvada və digər vilayətlərdə güclü külək, sulu qar və buzlaşma ilə bağlı xəbərdarlıq edib.

Bir cevap yazın