İdman

“Mil-Muğan” Regional Liqa təmsilçisinə qalib gəldi

İmişlini futbol üzrə Azərbaycan çempionatının I dəstəsində təmsil edən “Mil-Muğan” yanvarın 29-da yoldaşlıq oyununa çıxıb. Komanda doğma meydanda Reqional Liqada çıxış edən Bakının “Tufan” klubu ilə qarşılaşıb.
Meydan sahiblərinin baş məşqçisi Xaliq Mustafayev əsas heyət oyunçularına istirahət verərək komandaya yeni cəlb olunmuş oyunçuları sınamaq qərarına gəlib. Bərabər səviyyədə keçən oyunda hesabı Bakı təmsilçisi açıb. Fasiləyə məğlub vəziyyətdə yollanan “Mil-Muğan” ikinci hissədə təzyiqi artırıb. Oyunun axırlarına yaxın İmişli təmsilçisinin baş məşqçisi meydana əsas heyətin bir neçə üzvünü buraxıb. Bundan sonra “Mil-Muğan” ərazi üstünlüyünə yiyələnib. Nəticədə, görüşdə əksər komponentlərdə rəqibini üstələyən İmişli klubu “Tufan”ı 3:2 hesabı ilə məğlub edib.
Oyundan sonra 365.com.az saytına açıqlama verən İmişli klubunun baş məşqçisinin köməkçisi Ruhid Usubov deyib ki, görüş mövsümün iki həftədən sonra start götürəcək ikinci yarısına hazırlıq məqsədilə keçirilib.

[Best_Wordpress_Gallery id=”12″ gal_title=”“Mil-Muğan” Regional Liqa təmsilçisinə qalib gəldi”]

Bir cevap yazın