İdman

“Mil-Muğan” qalib gəldi

Futbol üzrə Azərbaycan çempionatının I dəstəsində ikinci dövrəyə start verilib. İmişlini bu liqada təmsil edən “Mil-Muğan” klubu Ağsunun eyniadlı komandası ilə qarşılaşıb.

365.com.az xəbər verir ki, Heydər Əliyev adına şəhər stadionunda keçirilən qarşılaşma qarşılıqlı hücumlarla başlayıb. Oyunun əvvəlində meydan sahiblərinin qapıçısı Çərkəz Həsənov zədələnərək əvəzlənib. Birinci hissənin sonlarına yaxın İmişli təmsilçisi ərazi üstünlüyünə tam yiyələnərək hücumları daha da gücləndirib. “Mil-Muğan” bunun nəticəsi olaraq 42-ci dəqiqədə hesabı açıb. Künc zərbəsindən qaldırılan topu komandanın kapitanı Samir Babayev qapıdan keçirib.

İkinci hissə də “Mil-Muğan”ın hücumları ilə başlayıb. Qonaq komanda bu hücumlara 77-ci dəqiqəyə qədər dözə bilib. Elxan Məmmədovun yaxın məsafədən vurduğu topu qapıçı qaytarsa da, özünü yetirən Şahin Əliyev onu baş zərbəsi ilə qapıdan keçirib. 90-cı dəqiqədə qonaq komandanın müdafiəçiləri Elxan Məmmədovu cərimə meydançasında kobudluqla dayandırıblar. Samir Babayev penaltini dəqiq yerinə yetirib: 3:0.

Əsas vaxta əlavə olunmuş dəqiqələrdə İmişi klubu hesabı yenidən dəyişib. Şahin Əliyevin güclü zərbəsi qarşısında “Ağsu”nun qapıçısı aciz qalıb. O, topa toxunsa da, qola mane ola bilməyib.

Beləliklə, Samir Babayev və Şahin Əliyevin dublları sayəsində “Mil-Muğan”
“Ağsu”ya 4:0 hesabı ilə qalib gəlib.

[Best_Wordpress_Gallery id=”43″ gal_title=”“Mil-Muğan” qalib gəldi”]

Bir cevap yazın