İdman Region

“Mil-Muğan” məğlub oldu

Bu gün futbol üzrə Azərbaycan çempionatının birinci dəstəsində 15-ci turun oyunları keçirilib. Bu oyunlardan biri Zaqatala şəhər stadionunda baş tutub. “Zaqatala” komandası İmişlinin “Mil-Muğan” klubunu qəbul edib.

“Mil-Muğan”ın baş məşqçisinin köməkçisi Ruhid Usubovun 365.com.az-a verdiyi məlumata görə, oyun yerli komandanın hücumları ilə başlayıb. İmişlililər əsas diqqəti müdafiəyə yönəldərək, əks-hücumlarla rəqibin qapısına yol tapmağa çalışıblar. “Zaqatala”nın hücumları 30-cu dəqiqədə öz bəhrəsini verib. Cavad Kazımov dəqiq zərbə ilə şimallıları irəli çıxarıb: 1:0. Bundan sonra da meydan sahibləri ərazi üstünlüyünü davam etdiriblər. 36-cı dəqiqədə Cavad Kazımov yenidən fərqlənərək qonaq komandanı mərkəzə dəvət edib.

İkinci hissədə “Mi-Muğan” oyunu bərabərləşdirsə də, məğlubiyyətdən qaça bilməyib. Bir neçə epizodda İmişli təmsilçisi hesabı dəyişməyə yaxın olsa da, qapı tiri və müdafiəçilər buna imkan verməyiblər. Zaqatalalılar müdafiəyə diqqəti gücləndirərək özlərinə sərfəli nəticəni qoruya biliblər.

Beləliklə, ötən tur öz meydanında “Ağsu”ya böyük hesabla (4:0) qalib gələn “Mil-Muğan” bu dəfə səfərdə “Zaqatala”ya 2:0 hesabı ilə məğlub olub.

 

[Best_Wordpress_Gallery id=”51″ gal_title=”“Mil-Muğan” Regional Liqa təmsilçisinə qalib gəldi”]

Bir cevap yazın