İdman Region

“Mil-Muğan” “Ağsu”nu səfərdə məğlub etdi

Aprelin 13-də futbol üzrə Azərbaycan çempionatının birinci dəstəsində növbəti-23-cü turun oyunları olub. 

Bu oyunlardan biri Ağsuda keçirilib. Rayonun eyniadlı komandası şəhər stadionunda İmişlinin “Mil-Muğan” klubu ilə qarşılaşıb. Oyun qonaq komandanın 0:2 hesablı qələbəsi ilə yekunlaşıb.

365.com.az”-a məlumat verən komandanın məşqçisi Laçın Mustafayev oyunun qarşılıqlı hücumlarla keçdiyini bildirib: “Meydan sahiblərinin hücumlarına komandamız hücumlarla cavab verdi. Bunun nəticəsində də 36-cı dəqiqədə hesabı açdıq. Anar Babayev cinahdan cərimə meydançasına ötürülən topu saxlamadan qapıya göndərdi”.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Fasiləyə bu hesabla yollandıqlarını qeyd edən məşqçi ikinci hissənin 56-cı dəqiqəsində azlıqda qaldıqlarını deyib: “Hakim komanda yoldaşına edilən kobudluğa kəskin etiraz edən komandanın kapitanı Samir Babayevə qırmızı vərəqə göstərdi. Bundan sonra təzyiqi daha da gücləndirən “Ağsu” əsas vaxta əlavə edilən dəqiqələrdə öz qapısında qol gördü. Əks-hücum zamanı Elnur Məmmədovun vurduğu topu qapıçı qaytarsa da, özünü yetirən Anar Babayev onu qapıdan keçirərək dubla imza atıb”.

Bir cevap yazın