Hadisə Region

Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib

Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

365.com.az Azərtac-a istinadən məlumat verir ki , yük maşını ilə “Mercedes” markalı mikroavtobus toqquşub. İlkin məlumata görə, hadisə nəticəsində 8 nəfər ölüb, bir nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.