Baş Region

M.Ə.Sabirin büstü ətrafındakı zibillik təmizlənib

365.com.az-ın ötən saylarının birində İmişlinin mərkəzində yerləşən, Azərbaycanın böyük şairi M.Ə.Sabirin adını daşıyan parkdakı zibillik haqqında məlumat getmişdi.

Bu gün İmişli bələdiyyəsinin və Şəhər icra nümayəndəliyinin təşkilatçılığı ilə həmin parkdakı zibillik təmizlənib. Bundan sonra həmin palçıqlı əraziyə qrabil tökülüb və hamarlanıb.

Bu məlumatı 365.com.az-a İmişli bələdiyyəsinin sədri Mehman İsmayılov verib. O, qeyd edib ki, həmin ərazidə zibil qutusunun olmaması səbəbindən belə bir problem ortaya çıxdıb: “Parkda bir neçə çayxana fəaliyyət göstərir. Onlar da zibil tullantılarını hara gəldi atırlar. Bu addım da məcburiyyətdən irəli gəlir. Yaxın günlərdə parka müəyyən tutumlu qutu qoyulacaq və təmizliyə ciddi şəkildə nəzarət ediləcək. Bundan əlavə, şəhərin küçələrinə baxış keçiriləcək, ehtiyacı olan ərazilərə zibil qutuları qoyulacaq.”

[Best_Wordpress_Gallery id=”92″ gal_title=”M.Ə.Sabirin büstü ətrafındakı zibillik təmizlənib”]

Bir cevap yazın