Baş Region

Mərkəzi küçələrə piyada keçid işarələri çəkilib

365.com.az xəbər verir ki, İmişli şəhərinin mərkəzi küçələrinə piyadaların keçidi üçün işarələr çəkilib. Bu işarələr gediş-gəlişin ən çox olduğu küçələrdə nəzərdə tutulub.
Sakinlər mərkəzi küçələrdə olan bu yeniliyin, əslində çoxdan tətbiq olunmasının vacibliyini qeyd ediblər.
Müəllim işləyən Ceyhun Fərəcov deyir ki, bu problem çox cüzi maliyyə tələb edən işdir: “Çoxdandır mən şəhər küçələrində belə bir işarələr görməmişdim. Halbuki, bu işarələr, heç olmasa, əsas küçələrdə, gediş-gəlişin çox olduğu yerlərdə olmalıdır. Yolları çox çətinliklə keçmək mümkün olur. Maşın çox, naşı çox. Hələ görək sürücülərin hamısı bu yeniliyə tabe olacaqlarmı və ya buna öyrəşəcəklərmi?”
Pensiyaçı olan Səməd Muxtarov isə bunun bir mədəniyyət nümunəsi olduğunu qeyd edir:
“Rayonda, xüsusən şəhərdə avtomobil vasitələri çoxdur. Əksəriyyətinin də sürücülükdən xəbəri yoxdur. Yolu keçirsən, az qala maşını üstünə sürür. Çox yaxşı haldır ki, bu işarələri çəkiblər. Əslində bu işarələr vaxtında yenilənməli, bərpa olunmalıdır. Bax bunun maliyyəsi nədir? Cəmi bir neçə boyaq qabıdır də. Bu pul nədir ki, piyadaların təhlükəsizliyini sığortalayan işarələr silinir, uzun illərdən sonra da yenilənir? Yolda hərəkət də mədəniyyətdir, onu qayda ilə keçmək də”.
Şəhər icra nümayəndəliyinin əməkdaşı Taleh Nəsirov işarələrin çəkilməsində əhalinin gediş-gəlişinin çox, nəqliyyat vasitələrinin sürətinin aşağı salınmasının zəruri olduğu yerlərin nəzərə alındığını qeyd edib.

[Best_Wordpress_Gallery id=”127″ gal_title=”Mərkəzi küçələrə piyada keçid işarələri çəkilib”]

Bir cevap yazın