Ölkə

Mənfi kredit tarixçəsinə malik şəxslər barədə informasiyalar AKB-nin məlumat bazasına ötürüləcək

“Bu günə qədər mənfi kredit tarixçəsinə malik şəxslər haqqında bütün məlumatlar Azərbaycan Kredit Bürosunun məlumat bazasına ötürüləcək”.

365.com.az “APA-Economics”ə istinadən xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, bu məlumatlar bundan sonra 10 il müddətində bazada qalacaq. “Vətəndaşlara müraciət edərək demək istəyirəm ki, borc alanlar öz borclarına və kredit tarixçələrinə diqqətli yanaşsınlar. Çünki, hər kəs öz tarixçəsini özü formalaşdırır”.

Bir cevap yazın