Baş sosial Təhsil

Məktəblilərin qış tətilinin vaxtı açıqlandı

Məktəblərdə qış tətilinin vaxtı məlum olub.

365.com.az xəbər verir ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək.

Məktəblərdə beş günlük qış tətili olacaq.
Fevralın 1-dən isə orta məktəblərdə dərs ilinin ikinci yarımili başlayacaq və iyunun 14-də başa çatacaq.

Qeyd edək ki, şagirdlər üçün beş gün payız tətili (16-20 noyabr), beş gün qış tətili (27-31 yanvar), ibtidai siniflər üçün isə beş günlük əlavə yaz tətili (1-5 may) olur.