Region

Lənkəranda itən şəxs tapılıb

Lənkəranda evdən çıxaraq geri qayitmayan 1990-cı il təvəllüdlü Fərid Nazim oğlu Ağayev tapılıb.

365.com.az-ın APA-a istinadən verdiyi məlumata görə, F. Ağayev ailəsinə zəng vuraraq olduğu yer barədə məlumat verib, daha sonra isə evə qayıdıb.

F. Ağayevin hansı səbəbdən evdən getdiyi və bir neçə günü harada keçirdiyi açıqlanmayıb.

Qeyd edək ki, Tereşkova küçəsi, ev 14-də qeydiyyatda olan F. Ağayev fevralın 26-da axşam saatlarında çayxanaya getmək adı ilə evdən çıxıb və bu geri qayıtmayıb. Telefonuna zəng çatmadığından, yaxınları onunla əlaqə saxlaya bilməyiblər.

Bir cevap yazın