Baş Hadisə Region

Kürdəmirdə itkin düşən şəxsin meyiti tapıldı

Bu gün Kürdəmir rayonunda itkin düşən Sor-Sor kənd sakini, 1955-ci il təvəllüdlü Hüseynov Həsrət Hüseynalı oğlunun meyiti tapılıb.

365.com.az “Report”a istinadən xəbər verir ki, aparılan axtarışlar zamanı onun meyiti kənd ərazisindən keçən kanalda aşkar edilib.

Meyit müayinə olması üçün Səhiyyə Nazirliyinin tibbi ekspertiza və patoloji anatomiya birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır