Baş Region

Külək İmişliyə ziyan vurdu

Martın 30-da günorta saatlarından ölkə ərazisində başlayan və yağışla müşayiət olunan güclü külək İmişli rayonu ərazisində ziyansız ötüşməyib. 365.com.az xəbər verir ki, xüsusən, dünən axşam saatlarına yaxın daha da güclənən külək çoxillik ağacları kökündən qoparıb. Rayon İcra Hakimiyyətinin qarşısındakı işıq dirəyini isə sındırıb.

Bundan başqa, fərdi təsərrüfatlara, xüsusi tikililərə də ziyan dəyib. Belə ki, bir çox həyətin taxtadan ibarət çəpərlərini külək aşırıb və ya yararsız hala salıb. Gecə saatlarında isə rayonun bir sıra məntəqəsinə xətlərdə olan qəza səbəbindən elektrik enerjisinin verilməsi dayandırılıb. Martın 31-də səhər saatlarından etibarən elektrik enerjisinin verilməsi bərpa olunub.

Hazırda rayon ərazisində əsən küləyin sürəti ötən günə və gecəyə nisbətən xeyli aşağı düşüb.

[Best_Wordpress_Gallery id=”102″ gal_title=”Külək İmişliyə ziyan vurdu”]

Bir cevap yazın