Region

Külək Cəlilabada ziyan vurub

Martın 25-də səhər saatlarından başlayan güclü külək Cəlilabadda fəsadlara səbəb olub.

365.com.az xəbər verirr ki, güclü külək rayonun əsasən Əsədli, Ləkin, Buravar, Şatırlı və Badamağacı kəndlərinə ciddi ziyan vurub. Sakinlərin verdiyi məlumata görə, Şatırlı kəndində yaşayış evlərinin, yardımçı tikililərin təxminən yarısının örtükləri küləyin təsiri ilə uçaraq, yararsız hala düşüb. Eyni zamanda Şatırlı və Buravar kəndlərində məktəb binalarının dam örtükləri yararsız hala düşüb. Təbii fəlakət nəticəsində adı çəkilən kəndlərdə elektrik dirəkləri aşdığı üçün enerji verilişi dayanıb. Bu vaxta qədər həmin kəndlərdə elektrik enerjisi bərpa olunmayıb.

İlkin məlumatlara görə, xəsarət alan yoxdur.

Hazırda Cəlilabad RFH Komissiyası təbii fəlakət nəticəsində rayona dəymiş ziyan dəqiqləşdirilir.

 

[Best_Wordpress_Gallery id=”85″ gal_title=”Külək Cəlilabada ziyan vurub.”]

Bir cevap yazın