Dünya

Kamal Kılıçdaroğlu əməliyyat olunub

Türkiyənin ana müxalifət partiyasının sədri Kamal Kılıçdaroğlu xəstəxanaya yerləşdirilib.

365.com.az-ın “APA”-a istinadən verdiyi xəbərə görə, Cümhuriyyət Xalq Partiyası (CHP) liderinin sidik yollarında problem yaranıb.

CHP-dən verilən açıqlamada K. Kılıçdaroğlunun əməliyyat olduğu bildirilib.

Açıqlamada o da qeyd olunur ki, K. Kılıçdaroğlunun vəziyyəti hazırda yaxşıdır, qısa zaman ərzində xəstəxanadan çıxarılması gözlənir.

Bir cevap yazın