Baş Hadisə Region

Kərbəla ziyarətinə gedən İmişli rayon sakini Yusifov Davərin ziyarət zamanı ölməsi dəqiqləşib.

Kərbəla ziyarətinə gedən İmişli rayon sakini Yusifov Davər Qafar oğlunun ölməsi dəqiqləşib.

Hadisə ilə bağlı 365.COM.A -a danışan mərhumun qardaşı Şakir Yusifov bildirib ki, qardaşı Davər Yusifov ziyarət zamanı qəfil ürək tutmasından huşunu itirərək komaya düşüb. Bundan sonra ziyarətgah xidmətçiləri tərəfindən xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, İmişli rayon Sarxanlı kənd sakini olan D.Yusifov həyat yoldaşı ilə birgə Kərbəla şəhərinə ziyarətə getsə də, 20 oktyabr tarixindən bəri ondan xəbər alınmırdı.