Baş Dünya

İtaliyada afrikalı miqrantlar atəşə tutulub

İtaliyada afrikalı miqrantlar atəşə tutulub, bir neçə nəfər şəxs yaralanıb.

365.com.az-ın APA-a istinadən verdiyi xəbərə görə, Macerata şəhərində hərəkətdə olan avtomobildən kütləyə atəş açılıb. Nəticədə xeyli insan güllə yarası alıb. Hücumun hədəfinin afrikalı miqrantlar olduğu bildirilir.

Hadisəni törədən şəxs saxlanılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl 18 yaşlı italyan qızın parçalanmış meyiti tapılıb. Hadisəni nigeriyalı, 29 yaşlı kişinin törətdiyi müəyyənləşib və o, tutulub.

Bir cevap yazın