Hadisə Region

İsmayıllıda baş verən yanğının söndürülməsinə 150 nəfərədək canlı qüvvə cəlb olunub

Dünən saat 19:30 radələrində İsmayıllı rayonunun Keyvəndi, Pirəbilqasım və Şəbiyan kəndlərinin ərazilərində başlayan yanğın davam edir.

365.com.az Azərtaca istinadən xəbər verir ki, yanğının qarşısının alınması üçün əraziyə 150 nəfərədək canlı qüvvə cəlb olunub. Habelə, İsmayıllı yanğından mühafizə hissəsindən 55 nəfər və 3 maşın, Şamaxı yanğından mühafizə hissəsindən 7 nəfər və 1 maşın, kənd sakinləri, rayonun idarə, müəssisə və təşkilatlarından əlavə qüvvələr yanğının söndürülməsi üçün çalışırlar.