Dünya

İslam alimi Tarik Ramadan Parisdə saxlanılıb

İsveçrəli islam alimi Tarik Ramadan ötən gün Parisdə həbs edilib.

365.com.az-ın APA-a istinadən verdiyi məlumata görə, o, cinsi zorakılıqda ittiham olunur. Bildirilir ki, ötən ilin oktyabrında iki qadın onun seksual zorakılığına məruz qalması ilə bağlı müraciət edib. Həmin vaxt hüquq-mühafizə orqanları Oksfor Universitetində dərs deyən din alimi ilə bağlı araşdırmaya başlayıb.

Alim ötən gün saxlanılıb, 4 gündən sonra barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə olacaq.

Qeyd edək ki Tarik Ramadan “Müsəlman qardaşları” hərəkatının banisi, misirli siyasi xadim Həsən əl Bənnanın nəvəsidir.

Bir cevap yazın