Dünya

İrəvanda müxalifət parlament binasının blokadasına çağırıb

“Elk” fraksiyasının lideri Nikol Paşinyan etirazçıları Ermənistan parlamentin binasına aparan bütün giriş və çıxışları bağlamağa çağırıb.

365.com.az saytının APA-a istinadən verdiyi  məlumata görə, bu barədə N.Paşinyan Fransa meydanında keçirilən mitinqdə deyib.

O, aksiyanın daha irimiqyaslı şəkildə keçirilməsi üçün şəhər və kəndlərdə əsas avtomobil yollarını bağlamağa çağırıb. Etirazçılar Fransa meydanında gecələməyə qərar veriblər.

Qeyd edək ki, bu gün İrəvanda keçirilən aksiyada polislə qarşıdurma nəticəsində xəsarət alanların sayı 46 nəfərə çatıb. Onlardan 6-nın polis əməkdaşı olduğu bildirilir. Kütləvi aksiya Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz məqsədilə keçirilir.

Bir cevap yazın