Region

İmişlidə Yerli QHT-lər region gəncləri üçün tədbir keçirdi

365.com.az  məlumat verir ki, fevralın 8-də “Tərəqqi” STİB və “ARAZ” Humanitar Tədqiqatlar İctimai Birliyi  Avropa İttifaqının maliyyələşdirdiyi  “Vətəndaş cəmiyyətinin və vətəndaşların maraqlarının müdafiəsi” layihəsi  çərçivəsində birgə təşkil etdiyi  “Video vəkillik bacarıqlarının artırılması” layihəsi çərçivəsində növbəti təlimini həyata keçirib.

İmişli rayonunda baş tutan tədbirdə Aran Regionunun Sabirabad, Saatlı və İmişli rayonundan olmaqla ümumilikdə 30 nəfərə yaxın QHT və ictimaiyyət nümayəndəsi iştirak edib.

Tədbiri giriş sözü ilə açan “ARAZ” HTİB-in sədr müavini Əbülfət Zeynallı deyib ki, paytaxtdan və digər bölgələrdən fərqli olaraq Aran bölgəsində bir dənə də olsun yerli TV və radio yoxdur:

“Bu ərazidə yaşayan insanlar özləri barədə informasiyanı yalnız peşəkar jurnalistlərin hazırladıqları xəbərlərdən alır. Çox vaxt bu xəbərlər hec də reallığı əks etdirmir, əksinə kimlərinsə sifarişi ilə hazırlanır. Layihəni keçirməkdə məqsəd bu boşluğu doldurmaq, Aran rayonlarında gənclərin foto və video marağını artırmaq, bu sahəni öyrətməklə onların vətəndaş cəmiyyətinin fəal nümayəndəsi kimi formalaşmalarını təmin etmək, ictimai nəzarətdə aktivliklərini artırmaqdır”.

Layihəyə görə, foto və video təlimlər keçmiş gənclər öz regionlarında gördükləri hər hansı problemi işıqlandırmaqla onu diqqət mərkəzinə çevirəcəklər. Lazım gəldikdə problemlərə uyğun olaraq bu çəkilişləri aidiyyatı rayonda aidiyyatı quruma göndərərək, onları məlumatlandıracaqlar. Bu məlumat sadəcə bir fotodan və ya video xəbərdən ibarət ola bilər.

Layihə müddətində gənclər komanda şəklində işləməyin üstünlüklərini də əyani görəcəklər.

Tədbirdə Video Vəkilliyin aparılmasında məqsəd və vəzifələr, əsas və yardımçı hədəf auiditoriyası, video vəkillik bacarıqları, video vəkilliyin aparılma üsulları, könüllülərin cəlb edilməsi və s. geniş müzakirə edilib.

 

[Best_Wordpress_Gallery id=”33″ gal_title=”İmişlidə Yerli QHT-lər region gəncləri üçün tədbir keçirdi”]

Bir cevap yazın