Region

İmişlidə yaşayan fransalı qadın vəfat edib

İmişli rayonunun Murğuzallı kəndində yaşayan, əslən Fransadan olan qadın İvonno Botto-Şirməmmədova vəfat edib. Onun dəfnində Fransanın Azərbaycandakı səfiri Orelia Buşez və səfirliyin əməkdaşları da iştirak ediblər.
İvonno Botto İkinci Dünya Müharibəsi illəri zamanı Fransa partizan hərəkatının fəal iştirakçısı olmuş azərbaycanlı Səməd Şirməmmədovla ailə həyatı qurub. 70 il əvvəl onlar İmişli rayonunun Murğuzallı kəndinə köçərək burda yaşamağa başlayıblar.
Vətənə gələndən bir neçə il sonra Səməd Şirməmmədov rəhmətə gedib. Körpə uşaqla tək qalan İvonna ikinci dəfə ailə həyatı qurmaq məcburiyyətində qalıb. Bu evlilikdən isə fransalı qadının altı övladı olub. Onlar hal-hazırda həmin kənddə də yaşayırlar.
Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşları dəfələrlə İvonna ilə görüşüblər. O, həmişə ona və ailə üzvlərinə göstərilən qayğıdan razılıq edirdi.
İvonno Botto, hətta Fransa prezidenti olmuş Fransua Ollandla da görüşüb. Bir neçə il əvvəl o, vətəni Fransaya yollanıb. Bu səfər zamanı İvonno Botto doğma yurdunu, qohumlarını ziyarət edib.

Yerli icra strukturları müntəzəm olaraq İvonno Botto-Şirməmmədovanın qayğıları ilə maraqlanırdılar. Hökumət tərəfindən ona fərdi yaşayış evi də inşa olunmuşdu.
İvonno Botto-Şirməmmədovanın 88 yaşı vardı.

Bir cevap yazın