Region

İmişlidə “Xocalını unutmarıq” adlı anım tədbiri keçirilib

Bu gün İmişli rayon E.Heydərov adına Ağaməmmədli kənd tam orta məktəbində Əsrin faciəsi Xocalı soyqırımının 26-cı il dönümü ilə əlaqədər olaraq “Xocalını unutmarıq” adı altında ədəbi-bədii kompozisiya keçirilib.

365.com.az xəbər verir ki, tədbirdə məktəbin direktoru Qasım Cabbarov olmaqla bütün müəllim və şagird kollektivi iştirak edib.Tədbirin məqsədi şagirdlərdə vətənə məhəbbət,düşmənə nifrət hissi aşılamaq olub.Tədbiri izləyənlər göz yaşlarını saxlaya bilməyiblər.İllər keçməsinə baxmayaraq Xocalı şəhərində baş verən bu dəhşətli soyqırım yaddan çıxmır və xalqımızın yaddaşına silinməz qanlı hərflərlə həkk olunub.Sonda məktəbin direktoru Cabbarov Qasım şagirdlərə və tədbiri təşkil edənlərə öz minnətdarlığını bildirib.

Xocalı faciəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə törədilib. Rəsmi məlumatlara görə, Xocalı faciəsi nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.Tarix hələ belə vəhşilik görməyib.

Biz əminik ki,tezliklə bizim Milli Ordumuz torpaqlarımızı geri qaytaracaq və bayragımız Doğma torpaqlarımızda,Qarabağımızda dalğalanacaq.

 

[Best_Wordpress_Gallery id=”55″ gal_title=”İmişlidə Xocalını unutmarıq” adlı anım tədbiri keçirilib”]

Bir cevap yazın