Baş Region

İmişlidə ümumrayon kitab sərgisi keçirilib

365.com.az xəbər verir ki, mayın 2-də İmişlidə kitab sərgisi keçirilib. Tədbir açıq havada-Mədəniyyət Mərkəzinin qarşısındakı meydanda qeyd edilib. Sərgidə rayon icra aparatının rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri, ümumi təhsil məktəblərinin müəllimləri və şagirdləri iştirak ediblər.

Rayon Mədəniyyət Mərkəzinin və Mərkəzi Kitabxananın təşkil etdiyi sərgidə klassik və müasir Azərbaycan şair və yazıçılarının əsərləri nümayiş etdirilib. Bundan başqa, dünya ədəbiyyatı, elm, hüquq, iqtisadiyyat və digər nəşr nümunələri tədbir iştirakçılarina təqdim olunub. Son dövrlərdə çap olunan müxtəlif təyinatlı yeni kitablar da oxucuların xidmətinə verilib.

Kitab sərgisi İmişli rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət ansamblının konsert proqramı ilə yekunlaşıb.

[Best_Wordpress_Gallery id=”129″ gal_title=”Ümumrayon kitab sərgisi keçirilib”]