Baş Kriminal Region

İmişlidə törədilən qətlin təfərrüatları məlum olub

Hadisə İmişli rayonunun Ağamalılar kəndində qeydə alınıb. Kənd sakini, 26 yaşlı Quliyev Emin Elsevən oğlu mübahisə zəminində İmişli rayon sakini Əzizov Zaur Mikayıl oğlunu qətlə yetirib. Bu gün qətlin təfərrüatları məlum olub.

365.com.az APA-ya istinadən xəbər verir ki, bu il yanvarın 7-də rayonun Ağamalılar kəndi ərazisində Kür çayına avtomobil düşməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Çaya düşən “QAZ-3110” markalı, 90 DX 310 dövlət nömrə nişanlı avtomobilin İmişli sakini, 39 yaşlı Əzizov Zaur Mikayıl oğluna məxsus olduğu məlum olub.

İstintaq zamanı müəyyən edilib ki, yanvarın 7-də Əzizov Zaur Mikayıl oğlu tanışı İmişli sakini, 26 yaşlı Quliyev Emin Elsevən oğlunu pul üstündə bıçaqlayıb. Bundan sonra E.Quliyev Z.Əzizovun əlindən bıçağı alaraq onun qarın və baş nahiyəsinə zərbələr endirib. Daha sonra E.Quliyev maşınla Z.Əzizovun üstündən keçərək onu öldürüb və meyitini atla sürüyərək İmişlinin Ağamalılar kəndi ərazisində kolluq əraziyə atıb. Avtomobilini isə Kür çayına yuvarlayıb.

Z. Əliyevin meyiti tapılaraq ərazidən götürülüb.

Hadisəni törətməkdə şübhəli bilinən Emin Qulyev saxlanılıb.

Faktla bağlı İmişli rayon Prokuroluğunda cinayət işi başlanıb, araşdırma aparılır.