Baş Region

İmişlidə telefon və internet istifadəçilərinin sayı artıb

İmişli rayonunda 5200 ev telefonu abonenti və 3300 internet istifadəçisi var. Rayonda nömrə üzrə, yəni ev telefonu üzərində internet 2008-ci ildə açılıb. Son 10 il müddətində bu say qeyd edilən rəqəmə çatıb və fərdi yaşayış evlərinə telefon xətləri çəkildikcə, bu artım davam edir.

Bu barədə 365.com.az-a İmişli Rayon Telekommunikasiya Qovşağının mühəndisi Mikayıl Cəfərov məlumat verib:

“Rayonda ilk dəfə ev telefonları üzrə internet açılanda belə abonentlərin sayı çox az idi. Qısa zaman kəsiyində bu say sürətlə artdı. İnternet satan müxtəlif provayderlərin rayona gəlişi də bu sahənin inkişafına böyük təkan verdi. Bu proses də zərurət və tələbatdan irəli gəldi. İlk dövrlər müəyyən çətinliklər olsa da, belə hallar tədricən aradan qalxdı”.

İdarə rəsmisi abonentlərə verilən internetin sürətinin yaxşılaşmasında xətlərin yenilənməsinin rolunu da qeyd edib: “Son dövrlərdə rabitə xətləri yenilənir. Belə ki, yeni kabel xətləri çəkilib. Təbii ki, bu yenilənmə abonentlərə verilən internetin keyfiyyətinin artmasına da səbəb olur. Biz də çalışırıq ki, müştəriləri keyfiyyətli telefon rabitəsi və internetlə təmin edək”.

[Best_Wordpress_Gallery id=”106″ gal_title=”İmişlidə telefon və internet istifadəçilərinin sayı artıb”]

Bir cevap yazın