Baş Region

İmişlidə prospektin səkiləri təmir olunur

İmişli şəhərinin əsas küçəsinin- Heydər Əliyev prospektinin səkilərinin dağılmış hissələri yenidən təmir olunur.

Şəhərin baş küçəsi 2012-ci ildə yenidən qurulub. Həmin vaxt prospektin hər iki tərəfində prospektə girişdən başlayaraq şəhərin qurtaracağına qədər hasar çəkilib.

Ancaq İmişli Bələdiyyəsinin sədri Mehman İsmayılov “365.com.az”-a deyib ki, səkilər köhnə üsulla, yəni asfalt tipli döşəmə ilə deyil, tamet döşəməsi ilə təmir olunub. Bu işdə müəyyən tələskənliyə, səhlənkarlığa yol verilib. Bunun nəticəsində də, səkilərin bəzi hissələri dağılmağa başlanıb.

“Piyadaların gediş-gəlişində müəyyən narahatlıqlar yarandı. Son vaxtlar belə vəziyyət sakinlərin narazılığına səbəb olurdu. Bu isə səkilərin yenidən təmirini zəruri edirdi” – Mehman İsmayılov bildirib.

Onun sözlərinə görə, bu dəfə döşənəcək tametlərin kənarları beton plitələrlə bağlanacaq. Bu isə səkilərin yenidən dağılması ehtimalını aradan qaldıracaq.

[Best_Wordpress_Gallery id=”121″ gal_title=”Prospektin səkiləri təmir olunur”]

Bir cevap yazın