Baş Region

İmişlidə Prezident İlham Əliyevə dəstək konserti olub

365.com.az xəbər verir ki, martın 28-də İmişlidə 11 apreldə keçiriləcək Prezident seçkiləri ilə bağlı konsert təşkil olunub. Konsert prezidentliyə namizəd, hazırkı dövlət başçısı İlham Əliyevə dəstək xarakteri daşıyıb.

Rayon İcra Hakimiyyətinin və YAP-ın yerli şöbəsinin təşkilatçılığı ilə keçirilən dəstək konsertində rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.

Milli Məclisin deputatları Hadı Rəcəbli, Əsabil Qasımov və Texniki Universitetin rektoru Havar Məmmədov da dəstək konsertinə qatılıblar. Onlar çıxış edərək hazırkı dövlət başçısı İlham Əliyevin alternativi olmadığını bildiriblər. Millət vəkilləri Azərbaycanın dinamik şəkildə, sürətlə inkişaf etdiyindən, ölkə əhalisinin onların liderinin yorulmaz fəaliyyəti nəticəsində firavan həyata qovuşduğundan danışıblar. YAP rəsmiləri məhz hakim partiyanın rəhbərinin ölkəyə rəhbərlik etməyə haqqı çatdığını qeyd edərək, iştirakçıları onların liderinə səs verməyə çağırıblar. Onlar ölkədəki sabitliyin, şəffaflığın, analoqsuz inkişafın bütün dünyaya nümunə olduğunu da vurğulayıblar.

Tədbirdə Bakıdan gəlmiş tanınmış müğənnilər konsert proqramı ilə çıxış ediblər. Onlar da iştirakçıları prezident seçkilərində hakim partiyanın nümayəndəsinə səs verməyə çağırıblar.

[Best_Wordpress_Gallery id=”90″ gal_title=”İmişlidə Prezident İlham Əliyevə dəstək konserti olub”]

Bir cevap yazın