Region

İmişlidə ötən ilin hesabatı verildi

365.com.az-ın verdiyi məlumata görə, Fevralın 7-də İmişli rayon İcra Hakimiyyəti 2017-ci ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirib.

Tədbirdə rayonun icra başçısı Vilyam Hacıyev, icra aparatının işçiləri, rayonda fəaliyyət göstərən bütün dövlət strukturlarının və eləcə də, özəl sektorun nümayəndələri, Milli Məclisin deputatı Əsabil Qasımov da istirak ediblər.

Geniş məruzə ilə çıxış edən Vilyam Hacıyev deyib ki, ayrı-ayrı sahələr üzrə xeyli irəliləyişlər var. Bu da regionların soasial-iqtisadi inkişafı Dövlət Proqramında təsbit olunmuş prinsiplərlə tam uzlaşır. İcra başçısı qeyd edib ki, ötən il dövlətin dəstəyi ilə hazırda özəl sektora daxil olan sahələr də inkişaf edib. Xüsusən, pambıqçılıq öz əvvəlki şöhrətini qaytarmaqdadır. O, dövlətin bütün sahələrə dəstəyinin daha da artacağını da vurğulayıb.

Daha sonra ayrı-ayrı sahələrin nümayəndələri çıxış edərək təmsil olunduqları qurumların 2017-ci ilə gördükləri işlərdən danışıblar.

 

[Best_Wordpress_Gallery id=”27″ gal_title=”İmişlidə ötən ilin hesabatı verildi”]

Bir cevap yazın