Region

İmişlidə Novruz bayramı qeyd edilib

365.com.az xəbər verir ki, martın 17-də İmişlidə Novruz bayramına həsr olunmuş ümumrayon tədbiri keçirilib. Heydər Əliyev parkında keçirilməsi nəzərdə tutulan şənlik güclü yağış səbəbindən Gənclər Mərkəzində təşkil edilib. Bayram tədbirində rayon ictimaiyyətinin nümayəndələri, Bakıdan gəlmiş incəsənət ustaları iştirak ediblər.
Çıxış edən İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev bayram münasibətilə rayon ictimaiyyətini, eləcə də Bakıdan gələn qonaqları təbrik etdi. O, Novruz bayramının Azərbaycan xalqının ən böyük, həm də milli-mənəvi dəyərlərimizi və adət-ənənələrimizi özündə əks etdirən bayram olduğundan danışıb.
Tədbirdə yerli incəsənət ustalarının və Bakıdan gəlmiş tanınmış müğənnilərin ifasında bayram ovqatlı, təbiətin canlanmasını, torpağın oyanışını özündə əks etdirən mahnılar ifa edilib.
Şənlikdə qədim el adət-ənənələrimizi əks etdirən nümunələr, Novruz rəmzləri, bayram atributları hesab edilən müxtəlif şirniyyatlar nümayiş etdirilib, iştirakçılara ziyafət verilib.

 

[Best_Wordpress_Gallery id=”72″ gal_title=”İmişlidə Novruz bayramı qeyd edilib”]

Bir cevap yazın