Region

İmişlidə məktəblilər “Vergi dostları” ilə görüşüb

Fevralın 22-də 8 saylı Ərazi Vergilər İdarəsinin təşkilatçılığı ilə şəhər 2 saylı tam orta məktəbində tədbir keçirilib.

365.com.az-ın verdiyi məlumata görə, tədbirdə yerli vergi idarəsinin əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər. Görüş “Vergi dostları” layihəsi çərçivəsində təşkil olunub.

İdarənin əməkdaşı Anar Əhmədov çıxış edərək layihənin məqsədlərindən, onun əhəmiyyətindən danışıb. İdarə rəsmisi müxtəlif sahədə işləyən hər bir vətəndaşın dövlətə vergi verməyi özünə borc, şərəf bilməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, hər bir vətəndaş aydın şəkildə dərk etməlidir ki, ödədiyi vergi dövlətin saxlanılmasına, vətənin qorunmasına, insanların daha firavan həyat şəraiti ilə təmin olunmasına sərf olunur.

Anar Əhmədov qeyd edib ki, “vergi dostları” yaşadıqları ərazidə əhali arasında vergilərə dair məlumatlandırma, maarifləndirmə işləri aparmalı, bunun dövlət, eləcə də, vətəndaşlar üçün necə bir əhəmiyyətə malik olduğunu izah etməlidirlər. O, layihəyə məktəblilərin də cəlb olunmasından danışaraq, gələcəkdə işləyəcək vətəndaş olacaq yeniyetmə və gənclərin indidən vergi sistemi, qaydaları haqqında dolğun məlumata malik olmalarının vacibliyini vurğulayıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, vergi qaydaları ətrafında fikir mübadiləsi aparılıb.

 

[Best_Wordpress_Gallery id=”53″ gal_title=”Məktəblilər “Vergi dostları” ilə görüşüb”]

Bir cevap yazın