Region

İmişlidə məişət tullantılarına nəzarət yoxdur

İmişli şəhərinin mərkəzində yerləşən,  Azərbaycan şairi M.Ə.Sabirin adını daşıyan park zibilxanaya çevrilib.

Bu, şəhərdəki yeganə çirkli yer deyil.  İmişlinin müxtəlif yerlərində uzun müddət yığılıb qalmış məişət tullantılarına rəst gəlmək olar. Özü də bu tullantılar, əsasən mərkəzi küçələrdə daha çoxdur. Bəzi yerlərdə zibil qutuları olmadığından sakinlər zibili yolun kənarına atırlar. Belə vəziyyət isə təbii ki, antisanitariya problemi yaradır. 

Şəhərin mərkəzindən keçən su kanalı da xeyli çirklənib. Kanala müxtəlif məişət tullantıları atılır. Bu tullantılar isə suötürücü boruların giriş hissəsinə yığılaraq eybəcər vəziyyət yaradır.

İmişli şəhərinin məişət tullantıları ilə bağlı probleminə dəfələrlə toxunulsa da, bu hələ ki, aidiyyatı qurumlar tərəfindən həll edilməyib.

 

[Best_Wordpress_Gallery id=”8″ gal_title=”İmişlidə məişət tullantılarına nəzarət yoxdur”]

Bir cevap yazın