Baş Region

İmişlidə çağırışçı gənclər hərbi xidmətə yola salınıb

Bu gün İmişlidə çağırışçı gənclərin hərbi xidmətə yola salınması münasibətilə rayondakı Bayraq Meydanında mərasim keçirilib.

365.COM.AZ xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İmişli rayon şöbəsinin rəisi Qulu Əsədov çıxış edərək çağırışçı gənclərə Vətən keşiyində ayıq-sayıq durmağı, onu göz bəbəyi kimi qorumağı tövsiyə edib. Sonra söz İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevə verilib. O çıxışında qeyd edib ki, gənclər Azərbaycan Ordusunda xidmət etməyi özlərinə şərəf bilir və böyük həvəslə hərbi xidmətə yola düşürlər. V. Hacıyev çağrışçı gənclərə uğurlu yol arzulayıb.

Yeniyetmələri təbrik edən valideynlər bildiriblər ki, Azərbaycanın müdafiə qüdrətinin artması dövlət siyasətində prortet məsələdir. Onlar gənclərə hərbin sirlərinə dərindən yiyələnməyi, zabit və komandirlərin əmrlərinə əməl etməyi tövsiyə ediblər.

Sonda gənclər musiqi sədaları altında təyin olunduqları hərbi hissələrə yola düşüblər.