Region

İmişlidə buraxılış imtahanlarının I mərhələsi keçirilib

Martın 11-də Dövlət İmtahan Mərkəzi (DİM) Imişli rayonunun ümumtəhsil
məktəblərinin IX sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış
imtahanının birinci mərhələsini keçirib. Ötən tədris ilindən etibarən IX siniflərin
şagirdləri iki mərhələdə buraxılış imtahanı verirlər.

Bu mərhələdə şagirdlər açıq tipli test tapşırıqlarını cavablandırıblar. İkinci mərhələ
isə tədris ilinin sonunda qapalı test tapşırıqları əsasında aparılacaq.

Bu barədə “365.com.az”-a məlumat verən İmişli rayon Təhsil Şöbəsinin
ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs Vilayət Əliyev qeyd edib ki, imtahanlar 3
mərkəzdə: 1, 5 saylı məktəb-liseylərdə və şəhər 8 saylı tam orta məktəbdə
keçirilib. İmtahanda rayonun ümumi təhsil məktəblərinin 1185 nəfər IX sinif
şagirdi iştirak edib.

Birinci mərhələnin imtahanı 30 sual: Azərbaycan dili fənnindən iki mətn əsasında
ümumilikdə 20 sual, riyaziyyat fənnindən isə 10 sual olmaqla təşkil olunub.
Verilən test tapşırıqlarından əlavə esse (kiçik həcmli inşa) yazan şagirdlər üçün
vaxt 2 saat 30 dəqiqə müddətində müəyyənləşdirilib. Yalnız test çalışmalarını
yazanlar üçün isə vaxt 2 saat müddətində nəzərdə tutulub.

[Best_Wordpress_Gallery id=”68″ gal_title=”İmişlidə buraxılış imtahanlarının I mərhələsi keçirilib”]

Bir cevap yazın