Baş Region

İmişlidə: Ali məktəblərə sənəd verənləri sayı azalıb

Aprelin 30-da ölkənin ali təhsil müəssisələrinə sənəd qəbuluna yekun vurulub. Tələbə olmaq istəyənlərin sənədlərinin qəbulu martın 29-dan başlanmışdı.

Bu barədə “365.com.az”-a Dövlət İmtahan Mərkəzinin (DİM) İmişli rayonu üzrə nümayəndəsi Nazim Əzimov məlumat verib. Onun sözlərinə görə, cari tədris ilində sənədləri qəbul edilən abituriyentlərin sayı ötən ilə nisbətən az olub:

“Bu il İmişli rayonu üzrə ali təhsil müəssisələrinə daxil olmaq üçün sənəd verənlərin ümumi sayı 546 nəfər oldu. Bunlardan 162 nəfər I, 184 nəfər II, 140 nəfər III, 60 nəfər isə IV qrup üzrə sənəd verib. Məhz bu qədər abituriyent martın 29-dan aprelin 30-dək elektron qaydada sənədini təsdiqləyib. Bu da ötən illə müqayisədə nisbətən azdır. V qrup ümumi qrup və kolleclərə sənəd qəbulu ilə bağlı olduğundan ayrı hesablanır”